Kateqoriyasız

“Qarabağ”la oyunda geyindiyi formanı muzeyə bağışladı

APOEL-in müdafiəçisi Giorqos Merkis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda keçirdikləri oyunda geyindiyi formanı klubun muzeyinə bağışlayıb.

34 yaşlı yunan müdafiəçi buna görə qürurlu olduğunu deyib:

“Qarabağ”la oyunda geyindiyim formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. APOEL tarixinin bir üzvü olmaq və formamın muzeydə olması qürurvericidir”.

Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Kipr klubu “Sevilya” ilə birgə mərhələ adlamağı bacarmışdı.

Oxşar xəbərlər

“Matçdan sonra 50-dək mesaj almışam” – Yurçeviç

admin

Lüksemburqun Milli Təhlükəsizlik naziri – “Dron və onu idarə edənlər tapılmadı”

admin

Ronaldo Portuqaliyanı finala daşıdı

admin