Kateqoriyasız

“Qarabağ”la oyunda geyindiyi formanı muzeyə bağışladı

APOEL-in müdafiəçisi Giorqos Merkis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda keçirdikləri oyunda geyindiyi formanı klubun muzeyinə bağışlayıb.

34 yaşlı yunan müdafiəçi buna görə qürurlu olduğunu deyib:

“Qarabağ”la oyunda geyindiyim formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. APOEL tarixinin bir üzvü olmaq və formamın muzeydə olması qürurvericidir”.

Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Kipr klubu “Sevilya” ilə birgə mərhələ adlamağı bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43