Kateqoriyasız

“Qarabağ”la oyunda özümüzü saunada hiss edirdik” – Stanislav Çerçesov

Macarıstan “Ferentsvaroş”unun baş məşqçisi Stanislav Çerçesov Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Rusiya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Bakıdkı oyun haqda bunları deyib:

“Oyun zamanı havanın temperaturu 30 dərəcədən yuxarı idi. Yüksək rütubəti də nəzərə alsaq, özümüzü saunada hiss edirdik.

“Qarabağ” azarkeşləri evdə öz komandalarına dəstək olmağı bacarırlar. Uzun illər öncə özüm də bu arenada oynamışam. Ona görə də yadımdadır ki, burada qonaq komanda üçün nə qədər çətindir”.

Rusiyalı mütəxəssis isti hava şəraitində komandasının xarakter göstərməsindən məmnunluq ifadə edib: “Xüsusən də zədələrə görə bir anda iki mərkəz müdafiəçisini dəyişməli olduq. Məşqçilik karyeramda nə vaxtsa belə bir şeyin baş verdiyini heç xatırlamıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43