24 Oktyabr 2020
Kateqoriyasız

“Qarabağ”la oyundan əvvəl daha çox hazırlaşmalıyıq” – “Legiya”nın futbolçusu

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Legiya”nın futbolçusu Joze Konte açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, turnirin 3-cü təsnifat mərhələsində “Drita”ya (Kosovo) 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra danışan futbolçu, Ağdam təmsilçisi ilə oyuna yaxşı hazırlaşacaqlarını bildirib:

“Qələbə qazana bildik, ən vacibi budur. Növbəti mərhələyə yüksəldik və indi pley-off oyununa hazırlaşmalıyıq. Əla oyun göstərmədik. “Qarabağ”la oyundan əvvəl daha çox hazırlaşmalıyıq. Hazırlaşmaq üçün bir həftəmiz var və sabahdan “Qarabağ”la oyun üçün başlayacağıq. “Qarabağ”la oyunda müsbət nəticə qazanacağımıza ümid edirəm”.

“Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Renat oynadı, komandası 3 xala sevindi

admin

Azərbaycan Premyer Liqası yenə təxirə salınır?

admin

UEFA “Neftçi”nin oyununun yerini dəyişdi

admin