Kateqoriyasız

“Qarabağ”la oyundan öncə “Olimpiakos”da vacib təyinat

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos”un yeni baş məşqçisi bilinib.

İdmanxeber.az xəbər verir ki, Yunanıstan klubu ispaniyalı Xose Miçelə həvalə olunub.

59 yaşlı mütəxəssis məlumatı təsdiqləyib: “Mən nə vaxtsa “Olimpiakos”a yenidən qayıtmaq istəyirdim. Şadam ki, bu arzum bu gün həyata keçdi. Bu, mənim üçün böyük sevincdir. Ümid edirəm ki,  hər şey yaxşı olacaq”.

Bu gün Miçellə 1+1 illik müqavilə imzalanacaq. O, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) komandasını məşqə çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43