Dünya futbolu

“Qarabağ”la oyundan sonra hamı “Sevilya” barədə danışırdı”

“Məsuliyyətimi gizlətmirəm, mövcud statistika məni qorumur. Qarşıda hələ aylar var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sevilya”nın idman direktoru Monçi komandanın mövcud vəziyyəti barədə danışarkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Xatırlayıram ki, “Qarabağ” səfərindən qayıdanda hamı Lopetegi və komandası barədə danışırdı. Amma 10 gün sonra… Küçədə deyilənlərlə yaşaya bilmərik. Tənqidlərə dözməyi öyrənmişəm”.

Qeyd edək ki, AL-in qrup mərhələsinin ilk turunda oynanılan “Qarabağ” – “Sevilya” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43