Ölkə futbolu

“Qarabağ”la oyunöncəsi ciddi problem

Premyer Liqanın 14-cü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq olan “Rəvan” ciddi itki ilə üzləşib.

Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, komandanın kamerunlu futbolçusu Mişel Balokov zədələnib. Onun “Qarabağ”la oyunda çıxış edəcəyi sual altındadır.

Qeyd edək ki, “Qarabağ” – “Rəvan” matçı oktyabrın 24-də baş tutacaq.

Azər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43