Kateqoriyasız

“Qarabağ”la qarşılaşmaq istəmirdim” – “Olimpiakos”un futbolçusu

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”unun qapıçısı Tomaş Vatslik “feysbuk” hesabından maraqlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı qapıçı ilk vaxtlar Avropa Liqasında oynamağı arzulamadıqlarını bildirib:

“Qarabağ”ın Çempionlar Liqasının pley-offunda “Viktoriya” (Plzen) ilə oyununu izləmişdim. Bu rəqiblə qarşılaşmaq istəmirdim.

Ancaq oynadığımız matçlardan sonra buna sevinməliyik. “Olimpiakos”un iddiaları hər zaman yüksəkdir”.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43