Kateqoriyasız

“Qarabağ”la yox, “Ferensvaroş”la oynamaq istərdim” –“Viktoriya”nın baş məşqçisi

“Hər oyuna qələbə üçün çıxırıq. Pley-offa yüksəlməyimiz ən böyük uğurlarımdan biridir”.

İdmanxeber.az-ın məlumatına görə,  “Viktoriya”nın baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının III təsnifat mərhələsində “Şerif” (Moldova) üzərində qazanılan qələbədən sonra deyib. O, daha sonra belə davam edib:

“Pley-offda “Qarabağ”la yox, “Ferensvaroş”la qarşılaşmaq istərdim. “Qarabağ” haqda çox az məlumatım var. Budapeştdəki görüşə də heç kimi göndərməmişdik. Onlar səfərdə yaxşı qələbə qazandılar. Bizi asan heç nə gözləmir. Yəqin ki, orada da hava çox istidir. Böyük hədəfə çatmağa iki oyun qalıb, sona qədər mübarizə aparacağıq. Çempionlar Liqasına düşmək bizim əsas məqsədimizdir”.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43