Ölkə futbolu

“Qarabağ”lı azarkeşlər bəyanat yaydı

Məlum olduğu kimi sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivsində "Qarabağ" Şotlandiya "Seltik"i ilə qarşılaşacaq. Matça azarkeşlərin diqqəti də kifayət qədərdir. "Qarabağsız Gənclər" azarkeş qrupu rəqib tərəfdarlarla matçda baş verəcək hər hansı gərginliyi aradan qaldırmaq üçün bəyanat yayıb:

İdmanxeber.com həmin bəyanatı sizə təqdim edir:

Bu yazım bütün mətbuata, klubun nümayəndələrinə və azarkeşlərədir!

Məlum olduğu kimi biz 26-ci sektorda olacağıq.

Gəzən son xəbərlər arasında "Seltik"li arazkeşlərin "Qarabağ"a aid pankart və ya atributu yerli azarkeşlərin əlinnən almaq istədikləri deyilir.

Əvvəla biz mümkün qədər lazımsız hərərkətlərə yol verilməməsinə çalışacağıq.

Bizim qrupu tanıyan hər kəs də bilirki söyüşə, təhqirə qarşıyıq həmçinin başqa anormal hallarada yol vermərik.

Amma bu o demək deyil ki, biz tam olaraq sektora cavabdehlik daşıyırıq. Çünki cəmi 300 yer bizim üzvlərin digərləri tanımadığımız insanlarındır.

Sözümüzü oxuyanlar oxumayanlarada çatdırın klubun atributuna, ölkənin bayrağına doğru düzgün sahib olmağı bacarmayanlar- ya o atributa bürünüb evdə baxın, ya da tribunaya gəlməyin.

"Qarabağsız Gənclər" azarkeş qrupu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43