Ölkə futbolu

“Qarabağsız Gənclər” fan-klubunun ofisinin açılışı oldu- FOTOLAR

Bu gün “Qarabağ”ın azarkeş qrupu olan “Qarabağsız Gənclər” fan-klubunun yeni ofisinin açılış tədbiri keçirilib.

İdmanxeber.com-un məlumatına görə, açılışa media nümayəndələri və “Qarabağ”ın veteran futbolçuları Müşviq Hüseynov, Səttar Əliyev və Elşad Əhmədov da dəvət alıb.

Tədbir fan-klub rəhbəri Xanoğlan İmanovun çıxışı  ilə start götürüb. Daha sonra veteran futbolçular gənclərə gələcək işlərində uğurlar arzulayıblar və qonaqlara dəyərli hədiyyələr təqdim olunub…

Son olaraq tədbirdə iştirak edənlər Şəhidlər xiyabanını ziyarət edib, məzarlarının üzərinə qərənfil düzüblər.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43