Ölkə futbolu

Qarayev 1-ci, Muradov 500-cü

Azərbaycan Premyer Liqasının koronavirus pandemiyasına görə 2019/20 mövsümü “Qəbələ” üçün əlamətdar hadisə ilə yadda qalıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Premyer Liqada 500-cü qolu vurub. Bu, “Zirə” ilə səfər matçına təsadüf edib. Rövlan Muradov tarixi qolun müəllifi olub.

Komandanın ilk qolu isə 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43