İdman

Qardaşların qol dueli

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən komandalar hazırlıq matçlarında qüvvələrini sınayırlar. 

İdmanxeber.com-un məlumatına görə, ötən mövsümün çempionu “Qarabağ” da dünən yoxlama oyunu keçirib.

 

Ağdamlılar I Divizion klubu “Zaqatala”nı 5:3 hesabıyla məğlub edib. Qurban Qurbanovun yetirmələrindən Reynaldo və Almeyda dublla yadda qalıb, yeni transfer Dino Ndlovu isə ilk qolunu vurub.

 

“Zaqatala”lıların heyətində isə Arzuman Nəsibov,Osman Qurbanov və Məhəmməd Babazadə fərqlənib.

 

Qeyd edək ki, “Zaqatala” klubunun prezidenti Musa Qurbanov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43