Kateqoriyasız

“Qarşılaşmanın ilk hissəsi bizim üçün əsəbi keçdi” – slovakiyalı futbolçu

Slovakiya yığmasının futbolçusu Matuş Bero doğma azarkeşləri önündə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ötəngünkü oyunla bağlı bunları deyib:

“Birinci hissə gərgin alındı. Qarşılaşmanın ilk hissəsi bizim üçün əsəbi keçdi. Daha çox cinahlardan hücum etmək istəyirdik. Fasilədən sonra daha yaxşı oynadıq və hesabı bərabərləşdirə bildik. Bununla belə, sonda ikinci qolu buraxdıq. Məğlubiyyətə görə təəssüflənirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43