Kateqoriyasız

Qazaxıstan – Azərbaycan matçının hakimləri açıqlandı

UEFA Millətlər Liqasında keçiriləcək Qazaxıstan – Azərbaycan matçının hakimləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim İstvan Vada Vencel Tot və İstvan Albert yardım edəcək. Dördüncü hakim funksiyasını Ferens Karako yerinə yetirəcək.

Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43