Dünya futbolu

Qazaxıstan klubundan Emil Balayevlə bağlı açıqlama

“Səbail”in qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubuna keçə bilər.

Premyer Liqa təmsilçisinin idman direktoru Nikolay Panin klubun rəsmi saytına məsələ ilə bağlı açıqlama verib. O, 24 yaşlı qolkiperlə müqavilə imzlanması haqda yayılan xəbərlərin doğru olmadığını bildirib:

“Onunla müqavilə imzalanmayıb, sadəcə, danışıqlar aparılır”.

Qeyd edək ki, mətbuatda “Tobol”un Balayevlə iki illik müqavilə bağladığı yazılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43