Dünya futbolu

“Qaziantepspor”un futbolçusu intihar etdi

Türkiyə Super Liqasında çıxış edən “Qaziantepspor” klubunun futbolçusu Frantsek Rajtoral intihar edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, Qaziantepdə tək yaşadığı evində özünü tavandan asıb.

Hadisədən ilk öncə qonşular xəbərdar olub. Oyunçunun bütün gün evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər.

Onun ailəsində yaşanan problemlərə görə intihar etdiyi  ehtimal edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43