Kateqoriyasız

“Qəbələ” ailəsi bir arada – FOTO

2013-cü ilin son matçının – “Qəbələ” – “Bakı” (2:0) oyununun ardından “qırmızı-qaralar”ın futbolçu və məşqçi heyəti klub rəhbərliyi ilə biraraya gəlib. 

İdmanxeber.com klub saytına istinadən xəbər verir ki, gərgin matçın ardından yemək süfrəsində toplaşan  “Qəbələ” ailəsi birlikdə nahar edib.

Nahar zamanı mövsümün ilk yarısının yekunlarından bəhs edən “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov komandanı ilk iki dövrənin nəticələrinə və “Bakı” üzərində qazanılan qələbəyə görə öz adından və klub prezidenti Tale Heydərovun adından təbrik edib. Komandanı qarşıdakı aylarda daha məsuliyyətli və həlledici periodun gözlədiyini bildirən Nəcəfov Yuri Syomin başda olmaqla kollektivə uğurlar arzulayıb. Vitse-przident komandanı qarşıdan gələn Yeni İl Bayramı münasibətilə təbrik etməyi də unutmayıb.

Nahar yeməyinin ardından komanda istirahətə yollanıb. “Qırmızı-qaralar” yanvarın 5-də bir araya gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43