Ölkə futbolu

“Qəbələ” Antalya toplanışını qələbə ilə başa vurdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Matç təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ” – “Şkendiya” (Makedoniya) – 2:1

Qollar: Filip Ozobiç, 38, Araz Abdullayev, 77 – Yuri Çolak, 89.

Beləliklə, “Qəbələ” Antalya toplanışı çərçivəsində 2-ci qələbəsini qazanıb. Hazırlıq prosesini qələbə ilə başa vuran komanda bu oyunadək Rumıniyanın “Qaz Metan” klubuna 1:0 hesabı ilə qalib gəlib, Qazaxıstan “Ordabası”sı ilə qolsuz heç-heçə edib və Albaniya “Partizani”sinə 1:2 hesabı ilə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43