Ölkə futbolu

“Qəbələ” Antalyada son oyununa çıxır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, təmsilçimiz buna qədər Albaniyanın “Partizani” klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya “Qaz Metan”ını 1:0 məğlub edib və Qazaxıstanın “Ordabası” komandası ilə qolsuz heç-heçəyə razılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43