Ölkə futbolu

“Qəbələ” Avropada bunu bacaran iki klubdan biridir

“Qəbələ” Avropada mövsümün rekorduna ortaq olub. 

İdmanxeber.com-un məlumatına görə, avrokubokların qrup mərhələsinə yüksələn 80 komandadan yalnız ikisi yarışa I təsnifat mərhələsindən başlayıb və qrup mərhələsinə qədər irəliləməyi bacarıb.

 

Ötən mövsümdə də yalnız iki komanda belə uğura imza atmışdı. Həmin vaxt bu rekorda şəriklərdən biri olan “Qəbələ” yenidən həmin nailiyyəti təkrarlayıb.

 

Roman Qriqorçukun yetirmələri növbə ilə “Samtredia” (5:1, 1:2), MTK (2:1, 2:0), “Lill” (1:1, 1:0) və “Maribor”u (3:1, 0:1) sıradan çıxarıb. Təmsilçimiz kimi, İsrailin “Makkabi” (Təl-Əviv) klubu da 4 mərhələ adlayıb.

 

Qeyd edək ki, keçən il “Qəbələ”nin rekorduna Norveç “Rusenborq”u şərik idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43