Premyer Liqa

“Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi”

Premyer Liqanın 19-cu turunda “Sumqayıt”la qarşılaşan “Qəbələ” rəqibini 3-0 hesabı ilə məğlub edərək turnir cədvəlində zirvəni ələ keçirdi.

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovun oyun haqda fikirləri ilə sizi tanış edirik:

”Qəbələ” bizim üçün çətin rəqibdir. Öz səhvlərimizdən 3 top buraxdıq. Hesabı oyuna görə saymıram. Biz də yaxşı oynadıq. “Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi. Rəqibə qarşı küçə ifadələri işlədənləri azarkeş hesab etmirəm, “Qəbələ”yə layiq deyillər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43