Premyer Liqa

“Qəbələ” azarkeşlərindən Qurban Qurbanova qarşı böyük hörmətsizlik

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un stadionda olan əməkdaşının verdiyi məlumata görə, matçdan sonra “Qəbələ” azarkeşləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı hörmətsizlik edib. Belə ki, “CBC Sport”a müsahibə verməyə hazırlaşan Q.Qurbanova qəbələli azarkeşlər qar atıblar. Bundan əlavə, müsahibəni bitirdikdən sonra meydanı tərk edən Q.Qurbanova qarşı azarkeşlər tərəfindən təhqiredici ifadələr işlədiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43