İdman

“Qəbələ” Azərbaycan çempionatından imtina etdi

“Qəbələ” klubu əvəzedici komandasının 1-ci divizionda iştirak etməsinə razı deyil.

İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyi bunu əlavə maliyyə itkisi kimi qiymətləndirib və əvəzedicilərinin 1-ci divizionda iştirakından imtina edib.

Bununla bağlı AFFA və PFL-ə də məlumat verilib. Hazırda AFFA, PFL və “Qəbələ” arasında danışıqlar gedir (“Azərbaycan” radiosu).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43