08 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” “Bakı” ilə oyuna iki ciddi itki ilə çıxacaq

Premyer Liqanın 34-cü turu çərçivəsində sabah “Bakı” ilə qarşılaşacaq “Qəbələ” bu matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi məlumata görə, sabahkı oyunda Ürfan Abbasov və Ebesilio “Qəbələ”yə kömək edə bilməyəcəklər. Hər iki futbolçu cəzalı olduqlarından “Bakı” ilə qarşılaşmanı kənardan izləməli olacaqlar. 

Qeyd edək ki, matç saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43