Ölkə futbolu

“Qəbələ” BATE ilə qarşılaşacaq

“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə Belarusa yollanıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt Minskdə məskunlaşacaq komanda hazırlıq çərçivəsində üç sınaq oyunu keçirəcək.

İlk matç iyunun 17-i paytaxt təmsilçisi “Minsk-2004”-ə qarşı baş tutacaq. “Qırmızı-qaralar” ikinci görüşdə iyunun 19-u BATE Borisovla münasibətlərinə aydınlıq gətirəcək. “Qəbələ” son görüşdə iyunun 21-i “Fortuna” kollektivi ilə üz-üzə gələcək. Komanda iyunun 22-i vətənə dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43