İdman

“Qəbələ” boksçularından Respublika oyunlarında 2 qızıl və 1 bürünc

“Qəbələ” İdman Klubunun yeniyetmə idmançıları Boks üzrə Respublika oyunlarında uğurla çıxış edib.

İdmanxeber.com-un məlumatına görə, zona yarışları Tovuzda, final mərhələsi Balakəndə təşkil olunan oyunlarda “Qəbələ” təmsilçiləri 3 medal əldə edib. Klubun 13 yaşlı idmançılarından ikisi qızıl, biri bürünc medal qazanıb. 38 kq çəki dərəcəsində Cavidan Sərkərli, 50 kq çəki dərəcəsində isə Vüqar Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medallara yiyələniblər. 40 kq çəki dərəcəsində qüvvəsini sınayan Fərid İsmayıllı isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43