Ölkə futbolu

“Qəbələ” Bolqarıstan çempionuna qarşı

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəl yerli “Fulpmes” (8:0) və Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) qarşılaşıb. “Qırmızı qaralar” hər matçı bir hissədən ibarət olan turnirdə Avstriyanın “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

22 iyun

Yoxlama oyunu

20:00. “Qəbələ” – “Ludoqorets”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43