Ölkə futbolu

“Qəbələ” Bosniya və Hersoqovinadan darmadağınla qayıdır

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan kubokunun finalçısı "Qəbələ" Bosniya və Hersoqovinada "Şiroki Briyeq"in qonağı olacaq.

İlk görüşdə öz meydanında rəqibinə iki cavabsız qolla yenilən "Qəbələ" səfərdə ən azı 3 top vurmaqla mərhələ adlamalıdı. Muntyanunun rəhbərlik etdiyi komanda qısacası möcüzə edərək, növbəti mərhələyə keçməlidi.

Heç bir kanal vasitəsi ilə canlı yayımlanmayacaq matçı onlayn formada saytımızdan izləyə bilərsiniz.

Avropa Liqası

Birinci təsnifat mərhələsi (cavab oyunları)

10 iyul

23:30. Şiroki Briyeq – Qəbələ 3:0

Qollar: Zakariç, 17, Mariç, 29, 56

Hakim: Vladimir Vnuk (Slovakiya).

Şiroki Briyeq. "Peçara" stadionu.

İlk oyun – 2:0

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43