Kateqoriyasız

“Qəbələ” çempion oldu

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 3-cü – sonuncu oyununu keçirib. 

İdmanxeber.comun məlumatına görə, “Qırmızı-qaralar” həlledici görüşdə Qırğızıstanın “Abdış-Ata” kollektivi ilə qarşılaşıb. İlk iki oyunda böyükhesablı qələbələr qazanan (“Kayrat” 4:1, Almatı şəhər yığması 5:0) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” sözügedən qarşılaşmada minimal hesabla qalib gəlib. Elvin İmanlı komandamıza qələbə qazandıran yeganə qola imza atıb. Bu nəticə ilə 3 oyunda maksimum – 9 xal qazanan təmsilçimiz turnirin qalibi adına sahib olub. Turnirdə ən çox – 5 qola imza atan Elvin İmanlı “ən sərrast futbolçu”, qapıda inamlı oyunu ilə seçilən Sərxan Osmanov isə “ən yaxşı qapıçı” adına layiq görülüb və diplomla təltif edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43