Ölkə futbolu

“Qəbələ” çempion oldu

U-16 Liqasında 2016/17 mövsümünə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” çempionatın sonuncu – 22-ci turunda “Neftçi”ni qəbul edib. Bu matçadək “qırmızı-qaralar” 49 xalla 1-ci, paytaxt təmsilçisi 48 xalla 2-ci pillədə qərarlaşıb. Qızıl medalların taleyi baxımından böyük önəm daşıyan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Bu nəticə turdan əvvəl 47 xala malik “Vətən”ə də çempionluq şansı yaradıb. Lakin “Sumqayıt”la görüşdə 0:2 hesabı ilə məğlub olan bakılılar 3-cü pillədə qalıb.

50 xal toplayan “Qəbələ” mövsümün çempionu adına yiyələnib. Matçdan sonra mükafatlandırma mərasimi keçirilib, komandaya çempionluq kuboku təqdim edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43