Ölkə futbolu

“Qəbələ” “Çernomorets”ə məğlub oldu

“Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası “Ukrayna Prezidenti Kuboku”nda çıxışını davam etdirir. Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Artek” Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirdə “Qəbələ” artıq qrup mərhələsi çərçivəsində iki oyun keçirib.

İlk oyunda “qırmızı-qaralar” yerli “Çernomorets”lə üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə 2:4 hesabı ilə məğlub olub. “Qəbələ”nin heyətində Fərid Nəbiyev və Əli Sadıqov fərqlənib.

Qrupun ikinci oyununda “qırmızı-qaralar” Moldova təmsilçisi “Real-Sukçes”lə qarşılaşıb. Oyuna üstün başlayan “Qəbələ”nin bu üstünlüyü özünü hesabda da göstərib. Fərid Nəbiyevin 4-cü, İlkin Abdullayevin isə 7-ci dəqiqədə vurduğu qollar təmsilçimizi 2:0 önə çıxarıb. Rəqibin gücü isə yalnız təsəlliverici qola çatıb. Matçın son dəqiqəsində moldovanlar penalti zərbəsindən hesab arasındakı fərqi azaldıb. Beləliklə, “Qəbələ” turnirdə keçirdiyi ikinci oyununda qələbə qazanıb – 2:1.

Qrup mərhələsinin III – son turunda “qırmızı-qaralar” Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç sabah Bakı vaxtı ilə saat 14:15-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43