İdman

“Qəbələ” – “Dinamo Avto” oyununun vaxtı dəqiqləşdi

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, avqustun 31-dən məşqlərini Odessada gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə olmaqla məşq edir. Yığmaların düşərgəsində olan futbolçular – Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev hazırlıqlarda iştirak etmir. “Qəbələ”nin yeni transferi xorvatiyalı Petar Franyiç artıq 3 gündür məşqlərə qatılıb. “Qırmızı-qaralar” hazırlıq çərçivəsində baş tutacaq yeganə yoxlama oyununa sabah çıxacaq. Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşəcək. 2009-cu ildə yaradılan bu komanda 2015-2016-cı illər mövsümündə Moldova çempionatının 5-cisi olub. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43