İdman

“Qəbələ” – “Dinamo”: hakimlər müəyyənləşdi

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Qəbələ” – “Dinamo” (Moskva, Rusiya) oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Qəbələdə keçiriləcək ilk oyunu türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Alper Ulusoy olacaq. Onun köməkçiləri isə həmyerliləri kimi matça İbrahim Bozbey və İlker Takpak təyinat alıblar. Oyunun dördüncü hakimi funksiyasını Ömər Paşayev yerinə yetirəcək. Matçın hakim-inspektoru Asim Xudiyev olacaqsa, UEFA nümayəndəsi vəzifəsi gürcüstanlı İrakli Nakaidzeyə həvalə edilib. 
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyun sentyabrın 21-i, saat 19:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43