Kateqoriyasız

“Qəbələ” “Fənərbaxça”ya qarşı

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası  V Vodofone Beynəlxalq Futbol Turnirində iştirak məqsədilə Türkiyənin Antalya şəhərinə yollanıb.
 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 komandanın iştirakı ilə baş tutacaq turnir sabah – aprelin 20-də start götürəcək. 

Təmsilçimiz F Qrupunda yer alıb. “Qırmızı-qaralar” növbəti mərhələyə vəsiqə uğrunda “Fənərbaxça” (Türkiyə), TSC Ayntraxt (Dortmund, Almaniya) və “Qalaksiya” (Kosova) komandaları ilə mübarizə aparacaq. 

Xatırladaq ki, artıq beşincisi keçirilən Vodofone Turniri hər il tanınmış klubların iştirakına şahidlik edir. Sabah start götürəcək yarışda “Çelsi” (İngiltərə), “Milan” (İtaliya), “Borussiya” (Almaniya), “Qalatasaray”, “Beşiktaş” və “Bursaspor” (üçü də Türkiyə) kimi komandalar medallar uğrunda mübarizə aparacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43