İdman

“Qəbələ” Fransadan əliboş dönür (YENİLƏNİB)

Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turuna start verilib.

İdmanxeber.com-un məlumatına görə, turnirdəki təmsilçimiz "Qəbələ" Fransada "Sent Etyen"in qonağı olub.

Qrupda keçirdiyi iki görüşdə xal qazana bilməyən Roman Qriqorçukun yetirmələri meydanı növbəti dəfə məğlub tərk edib. Heyətində itkilər olan "Qəbələ" Rikardinyonun 70-ci dəqiqədə avtoqolu ilə ardıcıl üçüncü məğlubiyyətini alıb.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

C qrupu

23:05. “Sent-Etyen” (Fransa) – “Qəbələ” 1-0
Qola: Rikardinyo 70 (avtoqol)

Baş hakim: Ali Palabıyık

Baş hakimin köməkçiləri: Cem Satman, Əkrəm Kan

Dördüncü hakim: Ceyhun Sesigüzel

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesigüzel (hamısı Türkiyə)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. “Joffrua Qişar” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43