Ölkə futbolu

“Qəbələ” Gəncədə ciddi itki ilə üzləşdi

Hazırda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın futbolçusu Zenyov qarşılaşmanın 12-ci dəqiqəsində zədələnib. Zədəsi ciddi olan futbolçu matçı davam etdirə bilməyincə Qriqorçuk onu Aleksey Antonovla əvəzləyib.

Estoniyalı futbolçunun zədəsinin ciddi olub-olmaması həkim müayinəsindən sonra bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43