Ölkə futbolu

“Qəbələ” Hollandiya klubu ilə də gücünü sınayacaq

“Qəbələ”nin Avstriya toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi daha bir komandanın adı məlum olub.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşacaq. Bu barədə xəbəri Erediviziya təmsilçisinin rəsmi saytı yayıb.
Qeyd edək ki, Roman Qriqorçukun komandası hazırlıqların ikinci mərhələsində Avstriyanın “Qrodiq” komandasına 7:0 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə bu gün Kiyev “Dinamo”su ilə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43