İdman

“Qəbələ” iki yoxlama oyunu keçirəcək

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iki gün öncə Bakıda bir araya gələn “qırmızı-qaralar” paytaxtdakı hazırlığın 3-cü gününü başa vurub. Komanda günü iki məşqlə yekunlaşdırıb.

“Qəbələ” avqustda start götürəcək Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turuna qədər iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə üz-üzə gələcək. “Qəbələ”nin ikinci yoxlama oyunu avqustun 4-də baş tutacaq. Komandanın ikinci rəqibinin adı yaxın günlərdə dəqiqləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43