Kateqoriyasız

“Qəbələ” ilə oyun öncəsi PAOK-da son durum

Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da “Qəbələ” ilə qarşılaşacaq Yunanıstanın PAOK klubunun heyətində itkilər var.

İdmanxeber.com-un məlumatına görə, Saloniki təmsilçisinin heyətində Xaris Xarisis zədələnib.

Buna baxmayaraq PAOK-un aparıcı oyunçularından olan Eyal Qolasa və Erqis Kaçe sıraya dönüb. 

Dmitar Berbatovun isə “Qəbələ” ilə oyuna iştirak edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, PAOK – “Qəbələ” matçı “Tumba” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43