“Qarabağ” şənbə günü “Qəbələ” ilə matça ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, cəzalı durumda olan İbrahim Şehiç sözügedən matçda iştirak edə bilməyəcək.
AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya olunan bosniya və herseqovinalı qolkiperin cəzası növbəti turda başa çatacaq.
Ağdam klubunun heyətində 3 futbolçu isə zədəlidir. Bunlar Əfran İsmayılov, Coşqun Diniyev və Qara Qarayevdi. Onların “qırmızı-qaralar”la matçda iştirak edib-etməyəcəyi sual altındadı.