Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə sabah “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın futbolçuları finala adlayacaqları halda yüksək mükafata sahib olacaqlar.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubunun rəhbərliyi ilk görüşdə 0:3 hesabı ilə uduzan və finalda oynamaq şansını demək olar ki, azaldan komandanın üzvlərinə yüksək “premya” sözü verib.
Qyd edək ki, hər iki tərəf üçün “ölüm-dirim” matçında ikinci duel sabah 20:00-da bşalayacaq.