Ölkə futbolu

“Qəbələ” ilə oyundan öncə “Xəzər Lənkəran” rəhbərliyindən yüksək “premya” sözü

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə sabah “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın futbolçuları finala adlayacaqları halda yüksək mükafata sahib olacaqlar.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubunun rəhbərliyi ilk görüşdə 0:3 hesabı ilə uduzan və finalda oynamaq şansını demək olar ki, azaldan komandanın üzvlərinə yüksək “premya” sözü verib. 

Qyd edək ki, hər iki tərəf üçün “ölüm-dirim” matçında ikinci duel sabah 20:00-da bşalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43