Ölkə futbolu

“Qəbələ” – “Lill” dueli bu dəfə ruslara tapşırıldı

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" – "Lill" matçının hakimləri açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Aleksey Yeskov olacaq. Ona Dmitri Mosyakin və İqor Demeşko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev icra edəcək.

 

Qeyd edək ki, avqustun 4-də baş tutacaq "Qəbələ" – "Lill" qarşılaşması saat 21:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43