Kateqoriyasız

“Qəbələ” Macarıstan klubunu cavabsız qollarla məğlub etdi – YENİLƏNİB

Antalyada təlim-məşq toplantısında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Qriqoruçukun başçılıq etdiyi komanda Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki yoxlama oyunlarında Hollandiyanın PSV klubunun ikinci komandası ilə (0:0), Türkiyənin "Əskişəhərspor" (1:3) və "Adanaspor" (3:2), Ukraynanın "Vorskla" (2:1) və Rusiyanın "Kuban" (0:2) klubları ilə qarşılaşıb.

Yoxlama oyunu

25 yanvar

19:00. "Qəbələ" – "Haladaş" 2:0
Qol: V.Mendi, 27, Emin Zamanov, 69

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43