Dünya futbolu

“Qəbələ” Macarıstanda 4-cü oldu

Macarıstanda keçirilən Laslo Kubalanın xatirəsinə həsr olunan turnirə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi yarışı 4-cü pillədə başa vurub.

“Qəbələ” turnirin son günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. Slovakiyanın “Rujomberok” komandası ilə görüşən bölgə təmsilçisi 0:2 hesabı ilə uduzub.

Turnirin qalibi adını isə Polşanın “Zaqlebiye” klubu qazanıb. “Vaşaş Kubala Akademiyası” 2-ci, “Rujomberok” 3-cü yeri tutub.

Qeyd edək ki, “Qəbələ” qrup mərhələsində “Vaşaş Kubala Akademiyası” (0:0) və İsveçin AİK (1:1) komandaları ilə görüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43