08 Sentyabr 2024
Kateqoriyasız

“Qəbələ” məşqçisi ilə yolları ayırdı

“Qəbələ” Futbol Akademiyasında kadr dəyişikliyi olub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  türkiyəli məşqçi Uğur Kurtun “Qəbələ”dəki  fəaliyyəti başa çatıb.

2009-ci ildən akademiyada qapıçılarla çalışan məşqçi vətəninə yollanıb. Vaxtilə “Qalatasaray”da qapıçıların məşqçisi olan Kurt karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Buna 6 ildir akademiyada çalışan 44 yaşlı mütəxəssislə müqavilənin başa çatması səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43