Premyer Liqa

“Qəbələ” məşqlərə başlayıb

“Qəbələ” növbəti turun oyunu üçün hazırlıqlara start verib.

İdmanxeber.com-un məlumatına görə, Topaz Premyer Liqasının XI turunun noyabrın 6-da keçirilən AZAL-la səfər oyunundan (0:0) sonra 3 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib.

Günün ikinci yarısında keçirilən məşq prosesi fiziki hazırlıqdan ibarət olub. Məşqdə yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Baş məşqçi Roman Qriqorçukun növbəti məşqini sabah günün ilk yarısında gerçəkləşdirəcək.

Xatırladaq ki, “Qəbələ” növbəti oyununu noyabrın 19-da evdə “Zirə”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43