Ölkə futbolu

“Qəbələ” Milan “İnter”inə məğlub oldu – VİDEO

“Qəbələ”nin U-16 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib.

İdmanxeber.com-un məlumatına görə, aprelin 20-25-də keçiriləcək yarışın ilk günü geridə qalıb. “Qəbələ” A qrupunda İtaliya “İnter”i ilə gücünü sınayıb. Matç italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin qolunu Məhəmməd Məhərrəmov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43