Ölkə futbolu

“Qəbələ” “Neftçi” – “Qarabağ” finalını qarşılamağa hazırdı – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycna kubokunun finalı Qəbələdə keçiriləcək.

“Qarabağ” və “Neftçi” komandaları arasında baş tutacaq futbol bayramına Qəbələ nə dərəcədə hazırdı?

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İdmanxeber.com-a açıqlamasında final matçının yüksək səviyyədə keçirilməsi üçün hər şeyin ən yaxşısını etməyə çalışacaqlarını bildirib:

“Biz bu futbol bayramının öhdəsindən yüksək səviyyədə gələcəyik. Bizim həm avrokubok, həm də “Qəbələ Cup” kimi turnirlərdə təcrübəmiz var. Finalçıların həm matçdan bir neçə gün öncə gəlib rahat məşq etmələri üçün meydançalar, həm də qalmaları üçün gözəl otellər var. Düşünürəm ki, heç bir problem olmayacaq”.

“Qəbələ” azarkeşləri ilə “Neftçi” arasında tez-tez insidentlərin baş verməsinə baxmayaraq əyalət klubunun rəsmisi təhlükəsizliyin yüklsək səviyyədə qurulacağını bildirib:

“Təhlükəsizlik baxımından da hər hansı bir problemin olacağını düşünmürəm. Azarkeşlərimiz də belə oyunları izləməyin həvəsindədilər. Hər hansı bir komanda gəlib burada rahat oyununu keçirib problemsiz Qəbələdən gedə bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” finalı iyunun 3-də keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43